İŞİD Obamaya müharibə elan etdi - VİDEO

17 Sentyabr 2014 12:13 (UTC+04:00)


Bu barədə AzNews.az nytimes.com-a istinadən xəbər verir.

Çərşənbə axşamı yaydıqları video ilə İŞİD yaraqlıları ABŞ əsgərləri hücuma keçərsə, onları öldürəcəklərini elan ediblər.

Videonun yayılma vaxtı da diqqət çəkib. Bundan bir neçə saat əvvəl prezident Obamanın hərbi müşavirlərindən biri Konqresə müraciət edərək, İŞİD-ə qarşı hava hücumu kampaniyasının kifayət olmadığını bildirib. O təklif edib ki, İŞİD-lə döyüşmək üçün hərbi qoşunlar göndərilsin.

52 saniyə davam edən video Hollivud filmlərinin treylerini xatırladır. Amerika tankları və əsgərlərinin hücum altında yaralıları daşıması görüntüləriylə başlayan video "Müharibənin alovları", "Döyüş artıq başlayıb" kimi mesajlar ötürüb.
Ancaq, ABŞ prezidenti çıxışında qeyd edib ki, Amerika İraqa döyüşmək üçün qoşun göndərməyəcək.

İŞİD bu sonuncu videonu da sosial şəbəkələrlə mesaj ötürmə strategiyasının bir hissəsi kimi yayıb. Bundan əvvəl qruplaşma ikisi amerikalı olmaqla üç nəfərin edam videosunu da yaymışdı.
İŞİD-in edam taktikasından sonra B. Obama bəyanat yayaraq təşkilatın məhv edilməsi üçün plan hazırlandığını, mümkün tədbirlərin görüləcəyini elan edib.




Xəyalə Mahmudova