Bəşər Əsədin Obamaya göndərdiyi məktub üzə çıxdı

17 Sentyabr 2014 12:46 (UTC+04:00)


Avropa.info xəbər verir ki, "Əsədin ABŞ-a məktubu" başlıqlı yazısında Fisk Əsəd ABŞ-a məktub göndərərək İŞİD-ə qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirilir. Fiskin sözlərinə görə, bu hal Obamanı diplomatik problemlə üz-üzə buraxıb. Obama bilir ki, hər hansısa iş birliyinin fəsadları yarana bilər. Fiskə görə, Obama bu təklifi rədd etmək məcburiyyətindədir, amma bunu bir az da olsa utanaraq etməyəcək. Suriya parlamentinin sözcüsü Məhəmməd Cihad Əl Laham da öz növbəsində ABŞ senatına məktub ünvanlayaraq İŞİD, Əl Nusranın ehtimal olunan hücumlarından amerikalı və suriyalı vətəndaşları xilas etmək üçün ABŞ-a əməkdaşlıq təklif edib.

Məktubda ABŞ-ın İŞİD-ə qarşı savaşda dəstək verdiyi konstruktiv müxalifətin İŞİD-ə dəstək verən qruplardan fərqlənmədiyi, İŞİD-in başını kəsərək edam etdiyi jurnalisti onların İŞİD-ə təhvil verdiyi qeyd olunub. Məktubda bildirilib ki, qeyd olunan qruplar İŞİD-ə ABŞ silahlarının satışı ilə də məşğul olurlar. Məktubda qeyd olunub ki, BMT-nin nizamnaməsinə uyğun olaraq Suriya rejiminə qarşı olan cihadçı qruplara qarşı mübarizə aparan bütün qurumlar dövlətin tərkibində olmalıdırlar. Qeyd olunan bu qərar İŞİD-ə və Əl Nusra cəbhəsinə xaricdən gələn canlı qüvvə və maddi yardım axınının qarşısını almaq üçün qəbul olunub.

Fiskin sözlərinə görə, ABŞ bundan bir il öncə Əsəd hökumətini bombardman etmək haqda fikirləşdiyi halda, indi isə ABŞ bu planları İŞİD-ə qarşı qurmağa başlayıb. Jurnalist bildirb ki, Suriya rejimi Vaşinqtonun aradığı dəstək müqabilində onlarla bazarlıq edir.


AzNews.az