Milli Şura üzvü Mirəlioğlunu yalançılıqda suçladı

17 Sentyabr 2014 13:45 (UTC+04:00)

Bunu AzNews.az-a Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib. O, vurğulayıb ki, AXCP üzvü İsa Sadıqovun MŞ-ya üzv olması ssesiyada yekdilliklə dəstəklənib: "İsa Sadıqov Azərbaycanın müstəqilliyi və demokratiyanın bərqərar olması yolunda mübarizə aparan fədakar bir insandır. MŞ-nın sessiyası vaxtı da onun namizədliyi yekdilliklə dəstəklənib. Bu məsələ hardan çıxıb? Deyilənlər hamısı yalandır. O barədə nə məndə, nə də MŞ üzvlərində heç bir məlumat yoxdur".


V.Mirkamal onu da deyib ki, AXCP üzvlərinin Milli Şuraya üzv olmasını istəməyən KXCP öz layiqli namizədlərini versin: "Onda KXCP-də öz layiqli namizədlərini də versin müzakirə edək. Daha çıxmaq nəyə lazımdır?".

Qeyd edək ki, Mirmahmud Mirəlioğlu Milli Şuraya AXCP-dən bir neçə şəxsin qəbuluna etiraz əlaməti olaraq son sessiyada iştirak etməyib.

Bahar Rüstəmli
AzNews.az