Azərbaycanlı merin qatili azadlığa çıxa bilər

17 Sentyabr 2014 13:48 (UTC+04:00)


Axar.az Crime.in.ua saytına istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən məhkəmədəki mənbə mediaya məlumatlar sızdırıb.

Mənbənin verdiyi məlumata görə, ukraynalı sahibkar Melnikin vəkilləri gizli yollarla Poltava məhkəməsinin hakimləri ilə "dil" tapa biliblər. Vəziyyət hətta o həddə çatıb ki, Melnikin müdafiəçiləri yerli milisi onların müştərilərini yanlış saxlamaqda şantaj edirlər və bu istiqamətdə də təbliğat işləri qururlar.

Hazırda bu cinayət işi klassik ssenari üzrə inkişaf edir. Yəni milyonçunun təqsirsiz olduğunu sübut etmək üçün bütün resurslar işə salınıb. Yuşşenko və Yanukoviçin prezidentliyi dönəmdə özünü inamlı hiss edən Melnik düşdüyü vəziyyətdən çıxması üçün hazırkı iqtidarda müəyyən vəzifələr tutan köhnə dostlarına yollar axtarır. Buna da nail olur. Hazırda bəzi media qurumları və Melniklər ailəsinin mülkü olan "Vizit" telekanalı onun humanist bir sahibkar olduğu barədə süjetlər, proqramlar hazırlayır.

Xatırldaq ki, 2010-cu ilin oktyabr ayının 31-də Poltava vilayətinin Kremençuk şəhərinin meri seçilən Babayev bu il 26 iyulda səhər saat 10:00-da evinin qarşısında güllələnib. 3 güllə yarası alan mer yerindəcə keçinib.


AzNews.az