Bakıdakı avtobus dayanacağında meyit tapılıb

17 Sentyabr 2014 14:45 (UTC+04:00)


Paytaxtın Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, 28 may metrosunun yaxınlığında, avtobus dayanacağının qarşısında üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşında olduğu güman edilən kişi meyiti tapılıb. Mərhumun ürək tutmasından öldüyü ehtimal edilir.

Hazırda polis ölən şəxsin kimliyini araşdırır.


AzNews.az