Azərbaycanlı xalq artisti dayanacaqda öldü

17 Sentyabr 2014 21:40 (UTC+04:00)


AzNews.az moderator.az-a istinadən xəbər verir ki, xalq artisti Eldar Axundov bir neçə saat bundan əvvəl dayanacaqda yıxılaraq dünyasını dəyişib. O, bir neçə il əvvəl ürəyindən əməliyyat olunubmuş.

65yaşlı mərhum müğənni prezident təqaüdçüsü idi.

E.Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərindən biri olub. Ona Xalq artisti fəxri adı 2006-cı ildə "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə" verilib.

Allah rəhmət eləsin.


AzNews.az