Nazarbayevdən sərt cavab: ”Dəvədə gəzmirik”

18 Sentyabr 2014 06:55 (UTC+04:00)


Axar.az Qazaxıstan telekanalına istinadən xəbər verir ki, dövlət başçısı çıxışı zamanı kənar qüvvələri ölkəsinin daxili işlərinə qarışmamağa çağırıb. Jurnalistin Qazaxıstanda insan haqlarının pozulması ilə bağlı sualını təəccüblə qarşılayan Nazarbayev media nümayəndəsini təcrübəsizlikdə qınayıb:

"Görünür, britaniyalı jurnalist ilk dəfədir ki, Qazaxısatana təşrif buyurub. Belə olmasaydı, obyektiv suallar ünvanlayardı. Adətən belə hallara rast gəlirik – yeni gələnlər kənardan eşitdiklərinə istinad edirlər. Onlarda belə təsəvvür formalaşıb ki, postsovet məkanına daxil olan ölkələrin hər birində orta əsrlərin davranışları hökm sürür və bizlər avtomobillərdə deyil, dəvə üstündə gəzirik. Olduqca yanlış yanaşmadır. Sizlərin təklif və tövsiyyələrinizi məmnuniyyətlə qəbul edirik, lakin bizim necə yaşamağımıza göstəriş verə bilməzsiniz".


AzNews.az