Azərbaycanlı iş adamına hücum edildi

18 Sentyabr 2014 10:04 (UTC+04:00)


Axar.az Türk mətbuatına istinadən xəbər verir ki, şəxsi avtomobili ilə bir küçədə dayanan Rza Zərraba 3 gənc yaxınlaşaraq "Məhəlləmizdən qız götürməyəmi gəlmisən?" deyə sual verib və ardınca iş adamının avtomobilinə hücum ediblər.

Avtomobilin qapılarının bağlı olduğunu görən gənclər şüşələri yumruqlamağa başlayıb. Daha sonra qapıları dartıb qırmağa çalışan 3 şəxsin bu addımını görən sürücü dərhal avtomobili hərəkətə gətirərək hadisə yerindən uzaqlaşıb.

Hadisə ilə bağlı polisə xəbər verən Zərrab 3 gəncin polis idarəsinə gətirilib dindirilməsindən sonra onlardan şikayətçi olmadığını bildirib.


AzNews.az