ABŞ-ın Sudandakı səfirliyinə terror təhlükəsi

15 Sentyabr 2012 09:35 (UTC+04:00)
ABŞ Sudandakı səfirliyinin mühafizəsi üçün bölgəyə 2 hərbi gəmi göndərib. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Ağ Evin mətbuat xidmətindən verilib.

Məlumatda deyilir ki, ABŞ-ın bu ölkədəki səfirliyi terror təhlükəsi qarşısındadır. Ağ Evdən verilən məlumatda qeyd edilir ki, yerli polis səfirliyin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkir və narazı kütlə hər an səfirliyin ərazisinə basqın edib yandıra bilər.

Xatırladaq ki, bundan əvvəl ABŞ Liviya su sərhədlərinə 2 hərbi gəmi göndərmişdi.

Sadiq
AzNews.az