Hüquq müdafiəçiləri əfv üçün Prezidentə müraciət etdilər

18 Sentyabr 2014 11:41 (UTC+04:00)


Bunu Modern.az saytına hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə, artıq bir neçə ünvana əfvlə bağlı məktublar göndərilib:

"Ümumiyyətlə, əfv sərəncamının verilməsi çox yaxşı haldır. Biz həm Prezidentə, həm də Prezident yanında Əfv Komissiyasına növbəti əfv sərəncamının verilməsi ilə bağlı məktub yazmışıq. Bizim üçün ən önəmli məsələ siyasi məhbus hesab etdiyimiz şəxslərin əfv olunmasıdır. Onların hamısının siyahısını hazırlayıb lazımi ünvanlara təqdim etmişik".

Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı bu il Novruz bayramı ərəfəsində imzalanıb.

AzNews.az