Həştərxanda BBC əməkdaşlarını döydülər

18 Sentyabr 2014 14:24 (UTC+04:00)


AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İTAR TASS-a Rusiya Daxili İşlər Nazirliyinin sözügedən region üzrə idarəsindən məlumat daxil olub. Verilən məlumata görə, jurnalistlərə 2-3 nəfərdən ibarət qrup hücum edib. Polis əməkdaşları dərhal hadisə yerinə getsələr də, cinayətkarları yaxalamaq mümkün olmayıb.

Xarici media nümayəndələrinin üzləşdiyi bu problemin araşdırılmasını Həştərxan polisinin rəhbəri Oleq Oqarkov şəxsən öz üzərinə götürüb.

İnsidentlə əlaqədar müvafiq maddələrlə cinayət işi açılıb.


AzNews.az