Nərimanov rayonunda Bağça-Məktəb-Lisey Kompleksi istifadəyə verildi –FOTO

15 Sentyabr 2012 09:59 (UTC+04:00)

Sentyabrın 15-də Bakının Nərimanov rayonunda milli qəhrəman Gültəkin Əsgərovanın adını daşıyan Bağça-Məktəb-Lisey Kompleksinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Mərasimdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərəzliyev, Nərimanov rayonundan seçilən deputatlar - Rasim Musabəyov və Adil Əliyev, eləcə də Valideyn-Müəllim Asossiasiyasının üzvləri iştirak edib.

Açılış mərasimində çıxış edən qonaqlar ölkəmizdə təhsilin inkişafına yönəlik dövlət diqqət və qayğısını yüksək qiymətləndiriblər. Onlar hamı üçün əlverişli təhsil mühitinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini dilə gətiriblər.

E.Əlosmanqızı
Foto: Mahir Hüseynbəyli
AzNews.az