Florida sakini qızını və 6 nəvəsini qətlə yetirdikdən sonra intihar edib

19 Sentyabr 2014 07:00 (UTC+04:00)


APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atəş açan şəxsin adı Don Spiritdir, ölənlərin hamısı isə onun qohumlarıdır. Polis hadisə yerinə gəldikdə qatil özünə atəş açaraq intihar edib.

"Belle qəsəbəsinin sakini qızını və altı nəvəsini öldürüb. Polis əməkdaşı hadisə yerinə gələn an o intihar edib", deyə polis rəisi bildirib.

Hadisənin səbəbləri məlum deyil.


AzNews.az