“Mario“ qasırğası paytaxtda həyatı iflic etdi

19 Sentyabr 2014 07:17 (UTC+04:00)


Paytaxt küçələrini su basıb, nəqliyyat vasitələri və sərnişinlər yollarda qalıb. Məktəblər bağlanıb, Manila hava limanında daxili və beynəlxalq aviareyslər təxirə salınıb.

Manila şəhəri ilə yanaşı, bir neçə qonşu əyalətlərdə də daşqınlar baş verib.

Hazırda "Mario" tropik qasırğası Filippinin şimal-şərqinə doğru hərəkət edir və hər ötən saat güclənməyə davam edir. Ölkənin şimal-şərqində də leysan və daşqınlar proqnozlaşdırılıb.


AzNews.az