KTŞ Ermənistan parlamentində toplaşır

15 Sentyabr 2012 10:11 (UTC+04:00)
Kollektiv Təhlükəsizlik Şurasına üzv ölkələrin parlamentariləri sentyabrın 18-də Ermənistan parlamentində toplaşacaq. Üzv ölkələrin Müdafiə və Təhlükəsizlik daimi komissyalarının deputatlarından ibarət nümayəndə heyəti regionda və dünyada baş verən hadisələri müzakirə edəcəklər.

AzNews.az-ın armtoday.info saytına istinadən verdiyi xəbərə görə, nümayəndə heyətləri Ermənistanın Müdafiə naziri Seyran Ohanyanla görüşəcək, daha sonra V. Sarkisyan adına Hərbi Akademiyanı ziyarət edəcəklər. Onların Soyqırım abidəsinə əklil qoyacağı da xəbər verilir.

Sadiq
AzNews.az