Erməni ordusu “Marşal Bəhramyan” poliqonuna toplandı

15 Sentyabr 2012 10:30 (UTC+04:00)


Bu gün Ermənistan ordusu Kollektiv Təhlükəsizlik Şurası ilə birlikdə təşkil olunmuş " Birgə Fəaliyyət - 2012" təlimlərinə başlayıb.

AzNews.az-ın Armtoday.info saytına istinadən verdiyi xəbərə görə, təlimlər "Marşal Bəhramyan" poliqonunda keçirilir. General-mayor Kamo Koçund rəhbərlik etdiyi təlimlərdə KTŞ-na üzv ölkələrdən 2000-ə yaxın əsgər və zabitin iştirak etdiyi deyilir.

Sentyabrın 19-na qədər davam edəcək təlimlərdə əsas məqsəd Kollektiv Təhlükəsizlik Şurası ölkələrinin hərbiçiləri arasında qarşılıqlı əlaqə yaratmaq və müharibə şəraitində birgə müdafiəni təşkil etmək vərdişlərinə yiyələnməkdir.

Sadiq
AzNews.az