Papa Sərkisyanın “erməni soyqırımı” ilə bağlı təklifini qəbul etdi

19 Sentyabr 2014 20:35 (UTC+04:00)


Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan rəhbəri Serj Sərkisyan Roma Papasına qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı Yerevanda keçiriləcək tədbirlərə dəvət edib.

Roma Papası Serj Sərkiyanın uydurma "soyqırımı" ilə bağlı dəvətini qəbul edib. Serj Sərkisyan kardinal Petro Parolinomla da görüşüb. Sərkisyan Dağlıq Qarabağ münaqişəsində göstərdiyi mövqey görə Vatikana təşəkkür edib.


AzNews.az