Türkiyədə zəlzələ oldu

20 Sentyabr 2014 06:58 (UTC+04:00)


Anspress-in məlumatına görə, bu gün səhər saat 05:52-də episentri Ərzincanın Kəmaliyə rayonu Yıldızlı kəndində 4,2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Kəmaliyyə rayonunun Şhinler, Baspınar, Akcalı Kutluca kəndlərindən də hiss olunub.

İnsan itkisi və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Ərzincanda 1939-cu ildə 7,8 bal, 1992-ci ildə 6,8 bal gücündə insan itkisi ilə nəticələnən güclü zəlzələlər baş verib.