49 türk diplomat azad edildi

20 Sentyabr 2014 07:00 (UTC+04:00)

Anspress-in məlumatına görə, Davudoğlu, səhərə yaxın verdiyi şərhdə bunları bildirib: "Gecə yarısı girovlarla ilk təmas təmin edilib və saat 05:00-a kimi də Türkiyəyə gətiriliblər. Artıq prezidentə də lazımi məlumat vermişik. Mən də buradan (Azərbaycandan) 49 vətəndaşımız ilə görüşmək üçün Şanlıurfaya gedəcəyəm".

Baş nazir girovların sağlamlığına toxunaraq: "Sağlamlıq Vəziyyətləri yaxşıdır. Başda, Kəşfiyyat təşkilatımıza, mətbuata və bütün vətəndaşlarımıza təşəkkür edirəm. Böyük keçmiş olsun".

Xatırladaq ki, iyunun 11-də Türkiyənin Mosuldakı konsulluğunun 49 əməkdaşı İŞİD terrorçuları tərəfindən girov götürülmüşdü.