Çayda boğulan azyaşlının meyiti çıxarıldı

20 Sentyabr 2014 08:23 (UTC+04:00)


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, ötən gün Qudyalçay çayının Quba rayonu ərazisindən keçən hissəsində batmış 2006-cı il təvəllüdlü Fərid Qədirovun axtarışları başa çatıb. F.Qədirovun cəsədi FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:33-də başa çatıb.


AzNews.az