Müsavatçılar çətin seçim qarşısında

20 Sentyabr 2014 14:00 (UTC+04:00)


Müsavatçılar qurultay zamanı başqan seçkilərində hansı namizədə səs verəcəkləri ilə bağlı çətinliklə üzləşəcəklər. Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının sabiq başqan müavini və Divan üzvü Niyazi Mehdi deyib.

"İstər Arif Hacılının, istərsə də Qubad İbadoğlunun çəkisi mənim üçün eynidir", - deyən Niyazi Mehdi hər iki namizədin arasında seçim etməyin onun üçün də çox çətin olduğunu bildirib.

"Mən Müsavatdan ayrıldım. İki namizəddən hansının seçilməsi ilə bağlı mənim qərarımın nə önəmi var? Ad çəkmək istəmirəm. Hər ikisinə uğurlar diləyirəm", - Niyazi Mehdi əlavə edib.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı sentyabrın 27-nə təyin edilib.

Bahar RÜSTƏMLİ
AzNews.az