“Cənub Qaz Dəhlizi” 21-ci əsrin müqaviləsi olacaq” - Barrozu

20 Sentyabr 2014 11:36 (UTC+04:00)


Trend xəbər verir ki, bu barədə şənbə günü Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bakıda "Əsrin müqaviləsi"nin 20 illiyi və "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində video müraciətində deyib.

O qeyd edib ki, bu gün Azərbaycan Avropaya neft idxalına mühüm töhfə verir. Barrozu əlavə edib: "Eyni zamanda biz "Cənub Qaz Dəhlizi"nə münasibətdə irəliləyiş hiss edirik".

Onun sözlərinə görə, bu gün Azərbaycan Avropa İttifaqına nə vaxtsa olduğundan daha yaxındır.

Barrozu bildirib: "Ölkə iqtisadiyyatı Avropa bazarlarına dərindən inteqrasiya olunub. Münasibətlərimiz daha hərtərəflidir. O əlavə edib ki, Aİ Azərbaycan ilə müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşməsinə cəhd göstərir.