60 min nəfər Suriyadan qaçıb Türkiyəyə sığındı

20 Sentyabr 2014 19:51 (UTC+04:00)


Onun sözlərinə görə, Türkiyəyə sığınanlar Şanlı Urfada bir məktəbin yataqxanasına gətirilirlər.

N. Kurtulmuş deyib ki, Suriyanın Kobani bölgəsində 20 kəndin İŞİD qruplaşmasının nəzarətinə keçməsindən sonra həmin kəndlərin əhalisi Türkiyə sərhədinə doğru qaçmağa başlayıb. Türkiyə sərhədində minlərlə qaçqının toplaşmasından sonra hökumət sərhədi açmaq barədə qərar qəbul edib.

Baş nazirin müavini deyib ki, qaçqınlardan 3 min nəfərinin məktəb yataqxanasında və həyətdə qurulacaq çadırlarda yerləşdirilməsi, qalanlarının başqa bölgələrə göndərilməsi planlaşdırılır.

N. Kurtulmuşun dediyinə görə, hazırda Türkiyədə bir milyondan çox Suriya qaçqını var: "Bu gün 60 min nəfər qəbul elədik. Ötən həftə isə 36-38 min qəbul olunmuşdu. Təminən 30 min civarında da yezidi Türkiyəyə qaçqın kimi qəbul edildi. Biz üzərimizə düşən humanizmi göstəririk, amma istəyimiz budur ki, heç bir insanın qaçqın durumuna düşməsin``.

AzNews.az