Həftənin ilk iş günü hava necə olacaq?

21 Sentyabr 2014 13:59 (UTC+04:00)



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal küləyi 9-14 m/s olacaq, gecə arabir 16 m/s-dək güclənəcək.

Abşeron yarımadasında temperatur gecə 17-20 dərəcə isti, gündüz 20-27 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Temperatur gecə 12-17 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq.

AzNews.az