Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq

22 Sentyabr 2014 07:43 (UTC+04:00)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri sentyabrın 22-dən 26-dək Tbilisi şəhərində (Gürcüstan) "Eternity - 2014" kompüter dəstəkli komanda-qərargah təlimində və sentyabrın 23-dən oktyabrın 2-dək Brunssum şəhərində (Niderland Krallığı) "Trident joust 2014" təkmilləşdirilmiş müşahidəçi proqramında iştirak edəcəklər.