MSK Mübariz Qurbanlının mandat məsələsinə baxacaq
22 Sentyabr 2014 09:39 (UTC+04:00)
MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında deyib ki, MSK-nın növbəti iclaslarının birində bu məsələyə baxılacaq. Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Natiq Məmmədov də məsələnin qanunla müəyyən edilmiş qaydada həllini tapacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.