İsa Qəmbərin müavini Qubad İbadoğlunu seçdi - Açıqlama

22 Sentyabr 2014 10:49 (UTC+04:00)
AzNews.az məsələ ilə bağlı Müsavat partiyasının başqan müavini, divan üzvü Məryəm Oruclunun fikirlərini öyrənib. O, seçkidə Qubad İbadoğlunu dəstəkləyəcəyini bildirib: "Mən Qubad İbadoğlunu dəstəkləyirəm. Bu gün cəmiyyətdə Qubad İbadoğlu kimi müasir, savadlı adamlar və yüksək təşkilatçılıq səriştəsinə malik olan adamlar Müsavat partiyasının başqanı olmağa layiqdir. Amma o biri namizədlərə də iradım yoxdur. Onların da partiyada fəaliyyəti var".

Qeyd edək ki, Müsavat partiyası qurultayını sentyabrın 27-də keçirəcək.
Bu post uğrunda gedən mübarizədə 4 namizəd - Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoy mübarizə aparır.

Bahar RÜSTƏMLİ
AzNews.az