Prezident terminalın açılışında oldu

22 Sentyabr 2014 10:58 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxıb.

Azərbaycan Prezidenti mərasimdə çıxış edib.

Sonra nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın "Van Oord" şirkətinin regional direktoru Hans Luijenburq çıxış ediblər.

Daha sonra dövlətimizin başçısı terminalı işə salıb.

Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxıb.

Sonda xatirə şəkli çəkdirdib.


AzNews.az