Rusiya Ukraynaya dənizdən hücuma hazırlaşır
22 Sentyabr 2014 12:40 (UTC+04:00)
AzNews.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində çıxış edib.
O, bu dəqiqə terrorçuların rəhbərliyinin Rusiya komandanlığı ilə hansı istiqamətdə hücumun daha faydalı olacağı müzakirələrinin aparıldığını bildirib:
"Aktiv müzakirə olunan məsələlərdən biri isə "Bes" ləqəbli Bezlerin "Novorosiya"ya rəhbər gətirilməsidir. Bununla eyni zamanda terrorçu qrupların rəhbərliyində ciddi kadr islahatlarının da aparılması müzakirə edilir".