“Qaradağ“ yatağında yeni quyu qazılır
22 Sentyabr 2014 13:05 (UTC+04:00)
AzNews.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 3350 metrdir.
482 nömrəli quyuya sutkalıq 80 min kubmetr qaz vurulacağı nəzərdə tutulur.