Britaniya Kraliçası 3 varisi ilə xaricə səfər edəcək- İlk dəfə
22 Sentyabr 2014 13:09 (UTC+04:00)
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Kraliça 2015-ci ildə Maltaya səfər edəcək.
Onu şahzadələr Çarlz, Uilyam və Corc müşayiət edəcəklər.
Məlumata görə, 89 yaşlı II Elizabet noyabr ayında Britaniya Birliyinin hökumət başçılarının görüşündə iştirak edəcək: "Bundan başqa, Kraliça ilk dəfə olaraq 3 varisi ilə birlikdə xaricə səfərə yollanacaq".