52 min insan separatçılardan azad edilən torpaqlara qayıdıb – Rəsmi

22 Sentyabr 2014 13:18 (UTC+04:00)


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq İdarələrarası əlaqələndirmə qərargahının rəhbəri Vasiliy Stoetskiy məlumat verib. Qərargah rəhbəri bildirib ki, 22 sentyabrda müşahidə olunan vəziyyətə görə, 51 min 811 insan daimi yaşayış yerlərinə qayıdıb. Təkcə son sutkalar ərzində Ukraynanın müxtəlif bölgələrindən 2326 insan evlərinə geri dönüb.

Xatırladaq ki, BMT 19 sentyabra olan məlumata görə, Donbasdan olan 200 min qaçqının azad edilən torpaqlara geri qayıtdığını açıqlamışdı.

Aydan Axundova
AzNews.az