Festivalda 7 milyon litr pivə içəcəklər- FOTOLAR
22 Sentyabr 2014 18:57 (UTC+04:00)
ANS PRESS-in məlumatına görə, sayca 181-ci dəfə təşkil edilən pivə festivalı oktyabrın 5-ə qədər davam edəcək.
Bu il də təxminən 6 milyon ziyarətçinin iştirakı gözlənilən festival 200 litrlik təzə pivə çəlləyinin açılışı ilə başlayıb. Festival müddətində 7 milyon litr pivənin içiləcəyi və 200 min Bavyera sosisinin yeyiləcəyi gözlənilir.
İlk dəfə Oktoberfest 1810-ci il oktyabrın 12-də Kral Ludvig ilə Teresanın evlilikləri xatirəsinə təşkil edilib. Bundan sonra festival demək olar ki, hər il təşkil edilir.
AzNews.az