“Vətəndaşlarınızı öldürəcəyik”- İŞİD

22 Sentyabr 2014 21:02 (UTC+04:00)

Təşkilatın media müşaviri Əbu Məhəmməd Əl-Adnani təşkilat üzvlərini ABŞ və Fransaya qarşı döyüşməyə çağırıb.

Adnani hava zərbəsi endirən ABŞ və Fransa vətəndaşlarının öldürüləcəyini bəyan edib. "Edə biləcəyimiz ən yaxşı əməl Fransa, ABŞ və onları dəstəkləyən dövlətlərin vətəndaşlarını öldürməkdir", - deyən Adnani adıçəkilən ölkələrin etdikləri əməllərə görə peşman olacağını bildirib.

Xatırladaq ki, Fransa iyuldan başlayaraq İŞİD-ə qarşı hava hücumu reallaşdıran ABŞ-dan sonra əməliyyatlara qoşulub.


Axar.az