700 il əl-ələ - FOTOLAR

23 Sentyabr 2014 14:08 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Lesterşir ərazisində yerləşən kiçik ibadətgahların birində aparılan qazıntılar nəticəsində 11 skilet tapılıb.

Bunlardan ikisinin əl-ələ basdırıldığı müşahidə olunub. Alimlərin hesablamalarına görə cütlüklərdən birinin 18 birinin 20 yaşı olub. Cütlüyün niyə böyük kilsədə deyil, kiçik bir ibadətgahın həyətində basdırıldığı haqqında fərqli fikirlər irəli sürülür. Cütlüyün dəhşətli bir xəstəlikdən öldüyü və ya onların xarici vətandaş olduqları üçün kilsədə basdırılmasına icazə verilmədiyi ehtimal edilir. Həmçinin cütlüyün hər hansı bir cinayətdən dolayı edam olduqları da istisna edilmir.

Qeyd edək ki, belə bir hadisəyə İtaliyada da rast gəlinib.


Nərmin Məmmədli
AzNews.az