İsrail Suriya təyyarəsini vurdu

23 Sentyabr 2014 17:41 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, İsrail ordusu Suriya təyyarəsini "Patriot" raketi ilə vurub.

Suriya dövlət televiziyası təyyarənin vurulduğunu təsdiqləyib. Suriya İsrailin bu addımını İŞİD və "Əl-Qaidə"yə bağlı olan "Nusra" cəbhəsinə edilən yardım kimi qiymətləndirib.

Qeyd edək ki, Suriya ordusu İsraillə sərhəddə hər 2 terrorçu qruplaşmaya qarşı döyüşür.

AzNews.az