Bakı Avrasiya Universitetindən reaksiya gəldi

15 Sentyabr 2012 14:05 (UTC+04:00)


Dünən saytımızda gedən "Avrasiya Universitetinin rektorunun ölüm xəbəri yayıldı" başlıqlı yazıya adı çəkilən alı təhsil ocağından reaksiya gəldi.

Bakı Avrasiya Universitetinin rektor yardımçısı, Araşdırmaçı Jurnalistlər Liqasının Baş katibi Şəfayət Əliyev tərəfindən göndərilən "təkzib"i redaktə etmədən, olduğu kimi təqdim edirik: "Yayılan xəbərləri təkzib edərək, universitetin rektoru, professor Nazim Hüseynlinin 1 saat öncə yeni tədris ilinin başlanması münasibəti ilə universitetə qəbul olunmuş 1-ci kurs tələbələri ilə görüş keçirərək onları yeni dərs ili başlanması münasibəti ilə təbrik etdikdən sona universtetdən ayrılmışdır. Professorun səhhəti çox normaldır və mən bu xəbərdən təəssüfləndiyimi bildirirəm. Və həmkarlarımı da bu cür yalan xəbərlərin efirə ötürülməsində ehtiyatla davranmağa çağırıram".

P.S Xatırladaq ki, qeyd olunan yazıda Nazim Hüseynovun səhhətində hər hansı bir problemin olduğunu yazmamışdıq. Yazıda prorektor Nərgiz Həsənovanın yalandan "ölüm xəbərləri" yayaraq, vəzifəsindən sui-istifadə etməsini, insanları get-gələ salmasını bildirmişdik.

AzNews.az