Türkiyə İŞİD-lə döyüşə qoşulur

24 Sentyabr 2014 06:59 (UTC+04:00)


Anspress-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda jurnalistlərə müsahibəsində bildirib.

"Keçirilən əməliyyatlara pozitiv baxırıq. Bunlar fasilə olmadan getməlidir. Bizim isə İŞİD-ə qarşı əməliyyatlara dəstəyimiz hərbi və ya siyasi ola bilər"- deyə Türkiyə prezidenti bildirib.

Ərdoğan eləcə də bildirib ki, onun bu məsələni Barak Obamayla müzakirə etməyə imkanı yoxdur.

"Türkiyə üzərinə düşən vəzifəyə əsasən İŞİD-lə döyüşlərdə əlindən gələni edə bilər. Hər hansı bir addım atdıqda regionda Suriya və İraqı bir bütöv kimi götürmək lazımdır. Barak Obama belə addım atdı və bu düz yanaşma idi"- deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə İŞİD-ə qarşı əməliyyatları necə dəstəkləyəcəyi barədə qəti mövqe bildirməyib. Əvvəlcə Ankarınının aktiv fəaliyyətinə Mosulda olan Türkiyə konsulluğunun 49 vətəndaşının İŞİD-in əlində girov saxlanması idisə, 20 sentyabrda türkiyə kəşfiyyatının xüsusi əməliyyatı nəticəsində onlar azad edilib.