Bakıda gənc tanışını qətlə yetirdi

24 Sentyabr 2014 08:15 (UTC+04:00)


Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 17-də 1983-cü il təvəllüdlü Rəhimov Vüsal Nəriman oğlu tanışı 1959-cu il təvəllüdlü Xalfayev Rahib Talıb oğlunu bıcaqla öldürüb.

V.Rəhimov R.Xafayevi maşında öldürdükdən sonra onu Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Bağlar massivində basdırıb.

Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi qaldırılıb.