Gəncədə qadın intihar etdi

24 Sentyabr 2014 09:49 (UTC+04:00)


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1960-cı il təvəllüdlü Elmira Kərimova sağ baldırın aşağı hissəsinin ülgüclə kəsilmiş diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardım göstərilsə də, 54 yaşlı qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.