Azərbaycan pilotları ilk dəfə "F-16"larda uçdu -Fotolar

24 Sentyabr 2014 10:21 (UTC+04:00)


AzNews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.

Təlim uçuşları zamanı pilotların bu tip təyyarələrin idarə olunması üzrə peşəkar bacarıqları və uçuş heyətinin ümumi hazırlığı yoxlanılıb.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.