Əli Həsənov: ““Qanlı göl“ ətrafındakı qaçqınlar köçürüləcək“

24 Sentyabr 2014 10:31 (UTC+04:00)
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, məcburi köçkünlər üçün "Lider" televiziyasının arxasında bir bina tikilib: "İnsanlar narazılıq edirlər ki, orada şəxsi evləri, həyətləri var. Düz söyləyirlər. Çalışacağıq ki, həmin narazılıqları aradan götürək".

Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı binada baş verən partlayışla bağlı da danışan komitə sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev şəxsən ona tapşırıq verib. Xırdalan şəhəri, 26-cı məhəllədəki 4 mərtəbəli binada təmir işləri aparılır: "Tezliklə binanın iki blokundan köçürülənləri geri qaytaracağıq. İki blok təmir ediləcək, ailələr o bloklara köçürüləcək. Partlayış nəticəsində uçan blokda olan ailələri isə mənzillərlə təmin edəcəyik".