Səhiyyə Nazirliyi ana ölümünə münasibət bildirib

24 Sentyabr 2014 10:39 (UTC+04:00)


Nazirliyin mətbuat xidmətindən anspress-ə bildirilib ki, Yevlax rayon sakini, 28 yaşlı Aynur Məhərrəm qızı Manafova xəstəxanaya daxil olunub. Keçirilən müayinədən sonra qadın doğuş üçün əməliyyata alınıb. Əməliyyat zamanı oğlan uşağı xaric olunub.

Əməliyyatdan sonra qadında göyərmələr baş verib. Həkimlərin müdaxilələrinə baxmayaraq qadın dünyasını dəyişib.

Qeyd edək ki, bu qadının üçüncü hamiləliyidir.

Hazırda hadisə Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Nəticələr onların araşdırmasında sonra məlum olacaq.

Qeyd edək ki, Bərdədə ana doğuş zamanı ölüb. Yevlax rayon sakini 28 yaşlı Manafova Aynur Məhərrəm qızı dünən xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə təxminən 3 saat bundan əvvəl baş verib. Bu gün axşam saatlarında o, doğuş zamanı həyatını itirsə də, övladı sağ qalıb.

Xəstəxanada rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları araşdırma aparırlar.