Azərbaycanda “F-16” qırıcıların möhtəşəm uçuşları- VİDEO
24 Sentyabr 2014 20:48 (UTC+04:00)
"F-16" qırıcılarında manevrlər Hərbi Hava Qüvvələrimizin NATO standartlarına keçid deməkdir.
ANS Hərbi Hava qüvvələrimizin "F-16" qırıcılarında ilk uçuşunu ekszlüziv olaraq izləyib.
Azərbaycan və Türkiyə prezdentlərinin tapşırıgı ilə hətaya keçirilən təlimlər bu cografiyada tarix yazır. Çünki strateji muttəfiqlərin bir möhtəşəm ilki idi. Təyyarələrin yerləşdirildiyi aeradrom mülki aviasiya üçün nəzərdə tutulsa da, qısa zamanda doyüş təyyarəsi qəbul edən bir meydana cevrilib.
Azərbaycan Hərbi Hava Qüvvələrinin rəsmisi Elçin Axundovun sözlərinə görə, maddi texniki təminat xidməti və digərlərin köməyi ilə təyyarə və helekopterlər Azərbaycana gətirilib.
NATO standartlı "F-16" doyüşən şahin qırıcı təyyarəsində uçan ilk azərbaycanlı pilot kifayət qədər təcrubəli birisi oldu. Bununla belə türklər öz işlərində çox ehtiyyatlı idilər. Uçuşa qalxan pilotun qidasından tutmuş, tibbi yoxlanışadək hər addımı ciddi yoxlanılırdı. Həqiqətən "F-16"ların qalxışı sıradan ucuş deyildi. Səhərin gözü açılar-açılmaz 200 nəfərlik heyət var gücü ilə qırıcıları ucuşa hazırlayırdılar.
Məhz həmin an gəldi və pilotlar "F-16" döyüş təyyarəsində ucuşa hazırdılar.
"F-16"ların Azərbaycan səmasındakı uçuşu isə 8 min metr yüksəklikdə, saatda 900 km oldu. Azərbaycanlılar üçün ilk uçuş olduguna görə, bizimkiləri bu uçuşda türk pilotlar müşaiyət edirdi.
Təxminən 2 saatdan sonra "F-16" qırıcısı yenidən gözlərə göründü.
Qırıcının enişi də uşuşu kimi qürurverici idi. Pilotlar əvvəlcə Azərbaycan və Turkiyə bayraqlarını dalğalandırdılar. Sonra isə pilotumuzu mükafatlandırdılar.
AzNews.az