Obama əsgərlərə hörmətsizlik etdi- VİDEO

24 Sentyabr 2014 21:30 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, Obamanın Nyu-Yorkda helikopterdən enərkən sağ əlində tutduğu plastik stəkanla əsgərləri salamlamağı ona baha başa gəlib.

Belə ki, ölkə müxalifəti prezidenti əsgərlərə qarşı hörmətsizlik etməkdə günahlandırıb və sosial şəbəkələrdə Obama ilə bağlı tənqidi statuslar yazıblar.

Qeyd edək ki, 2001-ci ildə ABŞ prezidenti Corc Buş da əlində itini tutaraq əsgərləri salamlamışdı.



AzNews.az