Ukraynalı girov Rusiyada dəlixanaya salınır

24 Sentyabr 2014 21:43 (UTC+04:00)
Musavat.com Ukraynanın "1+1" telekanalına istinadən xəbər verir ki, bunu pilotun yaxınları deyiblər.

"Bizə dedilər ki, onu xəstəxanaya ruhi xəstə çıxarmaq üçün aparırlar", - telekanal Nadejda Savçenkonun yaxınlarından sitat gətirib.

Qeyd edək ki, ukraynalı pilot Voronejdəki istintaq təcridxanasından naməlum istiqamətdə aparılıb.

Rusiya hüquq-mühafizə orqanları Nadejda Savçenkonu Luqanskda rusiyalı jurnalistilərin qətlinə vasitəçilikdə ittiham edir.

AzNews.az