Metro deposunda həyəcanlı anlar

25 Sentyabr 2014 08:55 (UTC+04:00)


AzNews.az xəbər verir ki, anspress-in məlumatına görə, hadisə saat 09:10-da metronun deposunda baş verib.

Depoda şiti təmir edərkən yanğın yaranıb. Orada işləyən usta, 44 yaşlı Əfqan Nəsrullayev xəsarət alıb.

Onun üzü və əlləri yanıb. Yanğını isə söndürmək mümkün olub.

Məsələ ilə əlaqədar metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə yerində heç bir yanğın baş verməyib.

Depoda mexanik işləyən Əfqan Nəsrullayevin əli qısaqapanma nəticəsində xəsarət alıb. Ona həkimlər yardım göstəriblər.