Natəvanın “erməni məsələsi” Apelyasiyaya göndərildi

25 Sentyabr 2014 10:27 (UTC+04:00)

Bu barədə AzNews.az-a Tarıx Əliyevin vəkili R. Mərəndskiy məlumat verib. O, bildirib ki, bu məsələ ilə bağlı Xətai Rayon Məhkəməsinin çıxardığı qərarı qərəzli olub: "Biz bu məhkəmənin qərarından apelyasiya şikayəti vermək qərarına gəldik. Hələ qətnamə bizə təqdim olunmayıb. Olunan kimi məsələ Apelyasiya məhkəməsinə gedəcək. Qərarda göstərildi ki, Tolik Natəvana ermənisifət dediyinə görə, bu, onun şərəf və ləyaqətinə toxunulmuş hesab edilir. Ona görə Tolik instaqram səhifəsində Natəvandan üzr istəməlidir. Biz isə bununla razı deyilik".

Vəkil deyir ki, onlar erməni sözünü təhqir kimi qəbul etmirlər: "İnstaqram səhifəsi onun şəxsi mülkiyyətidir. Onu bağlaya və aça bilər. Məhkəmə onu necə məcbur edə bilər ki, sən bu səhifədə üzr istə? Təzminat məsələsini sübuta yetirə bilmədikləri üçün ondan imtina etdilər. Onlar 25 min manat təzminat istəyirdilər. Son prosesdə bundan imtina etdilər".

Qeyd edək ki, müğənni Natavan Həbibinin prodüser Tolik və klipmeyker Zöhrab Ağayevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar məhkəməyə müraciət edib.

Bahar RÜSTƏMLİ
AzNews.az