İranda yenidən güclü zəlzələ oldu

17 Sentyabr 2012 07:53 (UTC+04:00)
Bu gün səhər İranın cənubunda yerləşən Buşəhr əyalətinin Cəm şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə iki zəlzələ baş verib. Bu barədə İranın Fars agentliyi xəbər verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla səhər saat 06:30-da, ikincinin isə 06:43-də baş verdiyini bildirib.

Hələlik zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.

AzNews.az