“Obamanın açıqlamaları qeyri-ciddidir” - Lavrov

25 Sentyabr 2014 12:35 (UTC+04:00)


AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Obama, Ebola virusunun yayılmasında, Yaxın və Orta Şərqdə İŞİD terror qruplaşmasına dəstək verməkdə Moskvanı günahlandırıb.

Ukrayna məsələsində də toxunan ABŞ prezidenti Moskvanı işğalçı adlandırıb.
Bütün bu ittihamlara Rusiyanın xarici işlər naziri Sergey Lavrovun cavabı çox gecikməyib. O, Obamanın bu bəyanatını təəccüblə qarşılayıb və deyib: "Obamanın Rusiyanı işğalçı adlandırması heyrət doğurur. ABŞ prezidenti dəfələrlə iddia edib ki, dünya daha azad və təhlükəsizdir. Görünür, Obamanın bu açıqlaması da qeyri-ciddidir".

Əli Mövlud
Aznews.az